Microsoft-un sahibi olduğu professional biznes şəbəkəsi LinkedIn, 16 000 işçisinin demək olar ki, hamısına bir həftə icazə verib.


Facemark.az xəbər verir ki, şirkət fransız xəbər agentliyi AFP-yə açıqlamasında deyib ki, çalışanların tükənmişlik sindromuna həll tapmaq və deşarj olmalarına icazə verdiyini açıqlayıb.


İcazə, şirkətin ştat işçilərinin 15 900 nəfərini əhatə edir. Əsas işçilərdən ibarət olan bir komanda bir həftə ərzində çalışmağa davam edəcək, ancaq daha sonra onlar da icazə planlaya biləcəklər.


“Onları qayıtdıqdan sonra gözləyən bir mail yığını olmayacaq!”.


LinkedIn-ə iyunda qatılan baş meneceri Teuila Hanson, bütün işçilərinə icazə verilməsi məsələsinə zarafatyana yanaşıb:


“Hər kəsin eyni anda icazədə olmasının müsbət bir tərəfi var. İcazədən qayıtdıqdan sonra poçt qutusunda cavablanmağı gözləyən bir mail yığını olmayacaq!”.


Xatırladaq ki, LinkedIn, ABŞ-da Covid-19 epidemiyasının əvvəlində evdən çalışmağa keçən ilk şirkətlərdəndir. Sentyabr ayına qədər də çalışanların ofisə qayıtmağı gözlənilmir. Şirkət, eyni zamanda yarım zamanlı evdən çalışmağı da standarta çevirməyi planlaşdırır.