Biznes və iqtisadiyyat dünyasında mövcudluğunu addım-addım qüvvətləndirməyə başlayan Z nəslinin sirri açılmağa doğru gedir. Fərqləri hiss olunur, amma onların sirlərini açmaq o qədər də asan deyil. Ancaq onlar əvvəlki nəsillərə heç oxşamırlar. Bu, dramatik fərqliliklər Z nəsilini araşdırmaların sevimli mövzularından biri edir. AdColony və Global Web Index tərəfindən açıqlanan son nəticələr Z nəsilinin digər mövzularda olduğu kimi alış-verişdə də “gözünü qaratdığını” ortaya qoyur. Onlar hələ ki, biznes dünyasına bütövlüklə adaptasiya olmayıblar, ancaq alış-veriş trendlərini idarə edəcək gücü əllərində tuturlar.


- Mobildə alış-verişin ən güclü qrupu


AdColony ile Global Web Index tarafından aparılan araştırmaya görə, onlar gündə 4 saat 15 dəqiqə telefonda keçirilər. Bu da Z nəslini mobil alış-verişin ən güclü qrupu edir. 100 milyard dollar xərcləmək potensialına malik olan Z nəslinin 81%-i, markaların əyləncəli və səmimi kontentlər yaratmalı olduğuna inanır. Oxşar düşüncəni paylaşan Y nəslində bu nisbət 78%, X nəslində isə 73%-dir. Z nəsli digital məcralarda keçirdikləri vaxt ilə mobil alış-verişin də ən güclü qrupu olaraq mövqeləndirilir. Ancaq digitala inteqrasiya edilən markalar bu qrupun mobil dünyadakı davranış, seçim, gözləntilərini gözardı edir.


- Ən çox istifadə edilən platformalardan biri də WhatsApp-dır


Sia Insight tərəfindən “Z nəsli araşdırması” aparılıb. Bu araşdırma çərçivəsində gənclərə sual verilib ki, ən çox istifadə etdikləri sosial media platformaları hansıdır? Onların arasında 92% ilə WhatsApp və 94% ilə Instagram olub. Hansı sosial media bloklansa onun əskikliyini hiss edərsiniz? sualına cavab yenə 93% ilə WhatsApp olub. Onu YouTube (87%) və Instagram (80%) izləyir.


- Video konfrans ilə “üzbəüz görüşü” bərabər hesab edirlər


Konsaltinq şirkəti Firması GenGuru yaxın zamanda bir sorğu aparıb. Z nəslinin 84%-i deyib ki, onlar e-poçt və ya mətn yerinə, üzbəüz münasibətə üstünlük verirlər. Ən maraqlısı isə o oldu ki, sorğuda iştirak edən respondentlər Zoom, Google Hangouts və Microsoft Teams kimi platformalar ilə olan görüşləri, üzbəüz görüşlər ilə bərabər hesab edir. Bu, nəticələr də Z nəslinin mobildəki gücünü bir daha ortaya qoyur.