Musiqili striminq xidməti Spotify, Locker Room tərəfindən yaradılan Betty Labs şirkətini aldığını elan edib.


Facemark.az xəbər verir ki, şirkətin press-relizində bildirilib ki, o Clubhouse-un rəqibi olacaq.


The Verge nəşrinin yazdığına görə, yeni xidmət bazardakı digər audio əlavələr – Clubhouse, Spaces və Discord ilə rəqabət aparacaq. Razılaşmanın şərtləri isə açıqlanmayıb.


Digər şirkətlər də Clubhouse-un analoqu ilə çıxış edir. Twitter də səsli əlaqə üçün Spaces adlı xidməti yoxlayır. Telegram da səsli xidmətini də elan edib. Instagram isə video rejimdə, canlı efir üçün otaqlar təqdim edib.