Qabaqcıl digital analitik şirkətlərindən biri olan comScores-un həmtəsisçisi Linda Abraham təşkilatını bəsit bir prinsip üzərində inşa edib. Xoşuna gələn insanları deyil, hörmət etdiyin insanları işə al!


Şirkət inşa olunduğu 1999-ci ildən bəri xoşlamadığı, amma komanda üçün faydalı olacaq şəxsləri işə alıb. Linda onlar haqqında danışan zaman deyir ki, “Onlar şirkətin ehtiyac hiss etdiyi allergiya vaksinləri kimidirlər”.


Linda bir neçə il öncə, komandadakı digər insanların etirazlarına rəğmən Danı (əlbəttə həqiqi adı Dan deyildi) işə götürdü. Dan, müsahibə çərçivəsində belə insanların əsəblərini pozmağı bacardı. Fəqət Linda onun doğru bacarıq və təcrübəyə sahib olduğunu düşünürdü. O, böyük bir texnologiya firmasından gəlirdi. Startap mədəniyyətində qəbuledilməz bir vəziyyət haqqında danışmağı sevirdi. Dan 6 ay ərzində şirkətin bir məhsulu haqqında davamlı olaraq müşahidələr apardı. Daha necə yaxşı işləyə biləcəyi haqqına düşündü. Linda “Nə deməyə çalışdığını həqiqətən başa düşməyə başlayanda təsirləndim”, - deyir. Dan şərhlərində hər nə qədər diplomatik olmasa da (hər şeyə absurd deyirdi) qavrama qabiliyyəti yüksək idi. Linda “Bir müddət sonra onu işə aldığımız vəzifəni kənara qoyduq və tövsiyə etdiyi yaxşılaşdırmalar üçün mövqeləndirdik”, - deyir.


Dan yeni pozisiyasında belə xoş bir insan deyildi. Amma Linda kommunikasiya üslubundan ziyadə, nə dediyinə fokuslanmağa çalışırdı. Digərlərinə də eyni şeyi etməyi məsələsində təkid edirdi. Həmçinin Danın necə təsirli bir işçi olması və üslubunu dəyişdirmək üçün nələr edəbiləcəkləri məsələsində ona kömək etmək üçün vaxt axtarırdı.


Nəhayət, Lindanın Dana qarşı mövqeyi də dəyişdi. Linda, bir müddət sonra Danı sevməyə başladığını deyir.


“Etdiyi bir çox şey hələ də əsəblərimizi pozurdu, amma özünü olduqca inkişaf etdirdi və bir çox məsələnin öhdəsindən gəldi”, - deyir.