Aerokosmik şirkəti SpaceX-in rəhbəri və elektrik mühərrikli avtomobil istehsalçısı Tesla-nın sahibi Elon Musk bir gün ərzində 6 milyard dollar qazanıb.


Facemark.az xəbər verir ki, Forbes-in məlumatına görə, nəticədə onun şəxsi sərvətinin həcmi 151 milyard dollara çatıb.


Bu nəticə ilə o dünyanın ən varlı ikinci insanı statusunu əldə edib. Bildirək ki, ilin əvvəlində Musk Bloomberg Billionaires Index-in məlumatına görə, dünyanın ən varlı birinci insanı idi.


İl ərzində Muskın şəxsi sərvəti 6 dəfə artıb və 31-ci yerə yüksəlib. Buna səbəb isə Tesla-nın səhmlərinin 8 dəfə artması olub.


Musk premium avtoistehsalçı şirkəti Tesla-da 21% səhmi idarə edir. Ən varlı insan isə yenə Amazon-un rəhbəri Ceff Bezos qalmağa davam edir. O, bir gündə 3,5 milyard dollar qazanıb. İl ərzində isə 64 milyard dollar. Hazırda isə onun şəxsi sərvətinin həcmi 177 milyard dollardır.


Üçüncü yerdə isə Microsoft şirkətinin yaradıcısı Bill Gates tutur. Onun sərvəti il ərzində 26 milyard dollar artıb, gündə isə 1,1 milyard dollar. Hazırda Forbes-in qiymətləndirməsinə görə, onun şəxsi sərvətinin həcmi 129,3 milyard dollardır.