cümə axşamı, 15 aprel 2021

Avronun "atası" vəfat edib

187

Kanadalı alim, 1999-cu ilin Nobel İqtisadiyyat Mükafatının sahibi Robert A.Mandel 88 yaşında İtaliyanın Siena şəhəri yaxınlığındakı evində vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəsi olmuş alim “avronun atası” kimi də tanınır. Belə ki, hələ ötən əsrin 60-cı illərin əvvəllərində müəlliflərindən biri olduğu optimal valyuta əraziləri (OCA), yaxud optimal valyuta regionları (OCR) nəzəriyyəsində dövlət sərhədlərilə əhatə olunmayan müəyyən coğrafi regionunda maksimum iqtisadi fayda əldə etmək üçün vahid monetarist siyasəti yeridilərək eyni pul vahidinin tətbiqini nəzərdə tutur.

Həmçinin o, ötən əsrin 70-ci illərində vergi dərəcələrini kəskin şəkildə azaldan və sonradan, 80-ci illərdə prezident Ronald Reyqan tərəfindən geniş tətbiq edildiyi üçün “Reyqanomik” adı ilə tanınan iqtisadi siyasətin banisi hesab olunur.

Bir neçə universitetdə dərs deyən R.Mandel həyatının əksər hissəsini Nyu-Yorkdakı Kolumbiya Universitetinə həsr edib. O, 70-ci illərdə Avropa İttifaqının sələfi İqtisadi Valyuta Birliyinin maliyyə komitəsində çalışıb. 1999-cu ildə “müxtəlif məzənnə rejimləri altında pul və maliyyə siyasətini və optimal valyuta sahələrini təhlil etdiyinə” görə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün