ABŞ-ın sabiq prezidenti Donald Tramp, Campaign Nucleus sosial şəbəkəsində qeydiyyatdan keçib.


Facemark.az xəbər verir ki, şəbəkə 2016-cı ildə seçki qərargahının məsləhətçisi tərəfindən yaradılıb.


Fox News yazır ki, bununla belə Tramp özünün şəxsi sosial şəbəkəsini yaratmaq planından vaz keçməyib.


Onun köməyi ilə istifadəçilər dövlət məmurları ilə əlaqə qura biləcəklər. Sosial şəbəkə məktubların, mətn mesajların, bəyanatların mediaya və ABŞ poçt xidməti vasitəsilə yazışmaların göndərilməsini təklif edir.


Campaign Nucleus-in çat yerində isə hökumətin sabiq rəhbəri KİV və özünün tərəfdarları ilə əlaqə qura biləcək.


Facebook sosial şəbəkəsi onun çıxışı ilə məzmunun yerləşdirilməsinə qadağa qoyub.


Daha əvvəl Trampın Twitter, Facebook, Youtube, Instagram və Twitch kimi sosial şəbəkələrdə bloklandıqdan sonra, özünün sosial şəbəkəsini yaradacağı ilə bağlı məlumatlar dolaşırdır.


Bildirək ki, Twitter-də Trampın 89 milyon abunəçisi var idi.