cümə axşamı, 15 aprel 2021

Depressiyanın rəng alqısına təsiri müəyyən edildi

194

Depressiya insanın görmə qabiliyyətinə necə təsir edir? Bu sual işlərini Journal of Psychiatry and Neuroscience jurnalında dərc edən psixoloqlar tərəfindən verilib. Onlar depressiya və digər ruhi pozğunluqları olan 111 şəxs arasında sorğu həyata keçirib.

Digər bir qrup isə görmə qavrayışındakı dəyişiklikləri analiz edib və bir sıra testlər həyata keçirib.

Birinci test kimi sorğuda iştirak edənlər kompüterin parlaqlığını qiymətləndirməli idilər və parlaqlıq tonu davamlı olaraq dəyişdirilirdi. İkinci bir testdə isə şəkillərin kontrastını qiymətləndirmək lazım idi. Bundan sonra isə pasient və nəzarət qrupunun nəticələrini analiz etmək lazım idi.

Depressiyada olan insanlar dünyanı sağlam insanlar kimi görmürlər. Onlar parlaqlığı daha yaxşı, kontrastı isə əksinə daha yaxşı qavrayırlar. Psixoloqlar açıqlayıblar ki, depressiyada olan insanlarda retina və kortikal siqnallarda azalma olur.

Hesab edirlər ki, bu cür araşdırma depressiyadan əziyyət çəkən insanların müalicəsinə kömək ola bilər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün