VKontakte sosial şəbəkəsinin və Telegram messencerinin qurucusu Pavel Durov Forbes-in yeni reytinqində TOP 10-a daxil olub və 9-cu sırada qərarlaşıb. 2020-ci ildə onun şəxsi sərvətinin həcmi 17,2 milyard dollara çatıb.


Facemark.az xəbər verir ki, Forbes nəşrinin yazdığına görə, rus əsilli iş adamı 2020-ci ildə 13,8 milyard qazanıb.


Pavel Durovun uğuru son həmləsi ilə bağlıdır. Nəticədə Telegram messencerlər arasında möhkəmləndi və dünyanın ən popular əlavələrindən birinə çevrildi. 2020-ci ilin yanvarında messencer Rusiya Federasiyası ərazisində bloklanıb.


2021-ci ilin əvvəlində isə Telegram ABŞ-da populyarlıq əldə edib. Buna səbəb isə Donald Tramp-ın sosial şəbəkə hesablarının bloklanması və əsas rəqibi WhatsApp messencerinin gizlilik ilə bağlı yeni şərtlərini açıqlaması idi.


Qeyd edək ki, 2021-ci ilin martında isə Durov Telegram səhmləri bazara çıxardı, nəticədə daha 1 milyard dollar cəlb edə bildi.


Son yeniliklərdən xəbərdar olmaq üçün facemark.az-ın Telegram kanalına abunə olun.


https://t.me/facemark_az