cümə axşamı, 15 aprel 2021

TikTok hər kəs üçün: Platformada eşitmə problemi olanlar üçün funksiya yaranacaq

195

TikTok sosial şəbəkəsi yeni fuksiyanın hazırlanması ilə bağlı məlumat yayıb.

Facemark.az xəbər verir ki, yeni funksiyanın köməyi ilə platforma eşitmə problemi olanlar üçün də əlçatan olacaq.

Şirkət niqti mətnə çevirən avtomatik altyazı təqdim edir. Yaxın zamanlarda funksiya təkcə ingilis və yapon dillərində əlçatan olacaq, ancaq TikTok funksiyanın digər dilləri də dəstəkləyəcəyinə söz verib.

Techrunch nəşrinin yazdığına görə, avtomatik altyazını işə salmaq üçün isə video müəllifi redaktə səhifəsində mətn tanıma funksiyasını qoşmalıdır.

Avtomatik altyazıda səhv olduqda, video müəllifi onda düzəlişlər edə biləcək.

Bildirək ki, belə bir funksiya, təkcə eşitmə problem olanlar üçün deyil, eyni zamanda videoya səssiz baxmaq istəyənlər və lazımi əcnəbi dil bilməyənlər üçün də faydalıdır.

Bir çox TikTok istifadəçisi altyazı funksiyasından videoya mətn əlavə etmək və yaxud üçüncü tərəf proqramlardan istifadə etməklə nail olmuşdu.

TikTok digər fiziki qüsurlu şəxslər ilə bağlı da yenilik haqqında düşünür.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün