facemark.az bu gün uğurlu olan şirkətin yaradıcılarının uşaqlıqda pulu necə qazanmasına dair məqalə hazırlayıb.


- IKEA şirkətinin yaradıcısı Inqvar Kamprad



IKEA şirkətinin qurucusu Inqvar Kamprad 91 yaşında dünyadan köçüb. Amma həyatının 80 ilini biznesdə keçirib.


Teodor Drayzerin öz Finansist (Maliyyəçi - red.) romanında dediyi kimi uşaq ilk pulunu Stokholmda kibritləri toplu şəkildə alır və onları kiçik bir qazanc ilə qonşularına satırdı.


Tədricən Kamprad öz satdığı məhsulların çeşidinə ev və məişət üçün nəzərdə tutulan məhsulları da əlavə etməyə başlayıb. Məsələn, bayram oyuncaqları, qələm, karandaş, ərzaq və s.


Beləliklə, Inqvarın 17 yaşında olan zaman nəhəng ticarət şəbəkəsi olan IKEA-nı yaratmaq ideyası gəldi. O, elə bir şirkət istəyirdi ki, orada mebel və ev üçün lazım olan digər məhsulları sata bilsin.


- Amazon şirkətinin rəhbəri və yaradıcısı Ceff Bezos



İnternet şirkəti Amazon.com-un rəhbəri olan Ceff Bezos-un uşaqlığının uşaq biznes layihələri ilə heç bir bağlılığı olmayıb. Yeniyetmə vaxtlarında Ceff özünün rəfiqəsi ilə birlikdə DREAM Institute adlı yay düşərgəsi qurdular. Bura səyahət etmək istəyənlər 10 gün üçün 600 dollar ödəməli idilər. Onlar 6 nəfərə qədər bir komanda qurmağa nail oldular. Bu az rəqəm idi, amma yeniyetmələrin bir neçə min dollar qazanması təqdirəlayiq hal hesab oluna bilər. Axşamları isə Bezos uşaqlar ilə kosmik araşdırmalar, qara dəlik və nüvə silahları haqqında danışırdı. Amma balaca Bezosun böyüməsi onu uşaqlıq hobbilərindən ayırmadı. Belə ki, 2000-ci ilin əvvəllərindən bəri özəl kosmik gəmilərin hazırlanması ilə məşğul olan Blue Origin layihəsini maliyyələşdirir.


- Uorren Baffett, investor



Balaca Uorren özünün yaşıdları kimi o vaxt qəzet satmaqla məşğul idi. Ancaq digərlərindən fərqli olaraq pulu oyuncaq və şirniyyata xərcləməyə tələsmirdi. Balaca ilk işini yaratmaq üçün pul yığırdı. O, nə etdi? sualını verdiyinizi hiss edirik. O, pinbol maşını aldı və onu gözəllik salonunda yerləşdirdi. Beləliklə, o, aylarla passiv bir gəlir əldə etdi. Daha sonra isə o bu biznesini 1200 dollara Vətən müharibəsi iştirakçısına satdı.


Beləliklə, hələ 11 yaşında olan zaman özünü birjada sınadı. 5 dollar mənfəətin qarşılığında Cities Service şirkətindən səhmlər aldı və onları yenidən satdı.


- Virgin Group korporasiyasının yaradıcısı Riçard Brenson




Maykl Dell kimi Riçard Brensona heç vaxt yaxşı təhsil verilməyib. Pis tələbə inteqral, ingilis ədəbiyyatını öyrənmək əvəzinə şübhəli (ilk başlarda) biznes layihələrindən pul qazanmağın yollarını öyrəndi.


Məsələn, Riçard Milad ağacları, məhəbbət quşları böyüdərək varlı olmağa çalışdı. 16 yaşında ikən o məktəbi atdı, Londona gəldi. Burada gənclər üçün nəzərdə tutulan Student jurnalının əsasını qoydu. Jurnalda yayımlanan şəxslər arasında Con Lennon, Mik Caqqer və s. var idi. Onun yaratdığı jurnal məktəbdə şöhrət qazanmışdı. O vaxt direktoru ona dedi ki, ya milyonçu olacaqsan, ya da həbsxanaya gedəcəksən. Direktor haqlı idi: Brenson hər ikisini də bacardı.


- Estée Lauder şirkətinin qurucusu Este Lauder



Este Lauder mühacir, 8 uşaqlı bir ailənin ən kiçiyi olaraq dünyaya gəlib. Cozefinanın ailəsi yaxşı qazanmırdı, ona görə də qızcığaz daim hələ balaca yaşlarından milyonçu olmağın xəyalını qururdu. Gənc qızın xəyalları hələ 6 yaşından reallaşmağa başlayır. Belə ki, o vaxt o , kosmetika məhsullarının satışı ilə məşğul olan dermatoloq əmisi ilə tanış olur.


Onun rəhbərliyi altında qız dəri üçün bir sıra universal krem formullar hazırlayır. Onlardan biri Super-Rich All Purpose Cream adlanırdı. O, məhsulu əmisinin mağazasında rəflərdə, eləcə də dostlarına əldən satdı. Qız satışlardan əldə edilən gəlirləri özü götürdü.


Bu gün Estée Lauder gözəllik sənayesinin əsas lokomotivlərindən biri olaraq qalır. Este tərəfindən hazırlanan formullar hələ də istifadə edilir.