cümə axşamı, 15 aprel 2021

LG ağıllı telefon bazarından niyə çıxır?

217

LG Electronics Inc., mobil telefon bölməsini bağlamaq qərarı alıb. Şirkətin idarə heyətinin belə bir qərar verməsinə səbəb isə LG-nin ağıllı evlər, süni zəka, elektrik mühərrikli cihazlar, robotlar və s. istiqamətlənməsi ilə bağlıdır.

Facemark.az xəbər verir ki, hazırda LG telefon modelləri satışdadır və mövcud mobil məhsullar müştəriləri üçün xidmət dəstəyi və proqram yenilənməsini bir müddət davam edəcək.

Servis dəstəyi və proqram yenilənməsi bölgələrə görə dəyişiklik göstərəcək. Şirkət mobil telefon bölməsinin bağlanışı ərzində tədarükçülər və biznes partnyorlar ilə əməkdaşlıq içində çalışmağa davam edəcək.

Məşğulluq ilə bağlı detallar isə yerli səviyyədə müəyyən ediləcək. Mövcud bəzi modellər 31 iyul tarixindən sonra hələ də bazara çıxarılacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün