Apple ötən həftələrdə podcast abunə xidməti ilə kontent istehsalçılarına yeni gəlir qapısı açıb. Ancaq Apple-a rəqibi Spotify-dan qarşılıq gecikməyib.


Facemark.az xəbər verir ki, çərşənbə axşamı podcast abunəliklərini başladan şirkət şərtlərini də elan edib.


Kontent istehsalçılarının əldə edəcəkləri abunəlik gəlirlərindən 2 il ərzində heç bir komissiya tələb etməyəcək. İki ilin sonunda isə sadəcə 5%-lik bir komissiya tutulması olacaq.


Apple isə yayımçılardan iki il ərzində 30%, iki ildən sonra isə 15% komissiya alacağını açıqlayıb.


Apple-ın abunə sistemi 170-dən çox ölkə və bölgəyə yayılıb. Spotify isə hələ ki, ABŞ bazarına açılıb və digər bölgələrə yayılıb-yayılmama arzusu isə hələ ki, bilinmir. Hər iki platformada yeni abunə sistemi yayımçılara əlavə gəlir yeri verəcək.


İstifadəçilərin favori podcastları üçün premium abunəlik satın alaraq reklamsız qulaq asma, əlavə kontentlərə əlçatanlıq və bəzi kontentlərə erkən ya da özəl əlçatanlıq kimi üstünlüklər verəcək.


Mənbə: The Drum, CNBC