Populyar video striminq platforması TikTok-da top menecer səviyyəsində vəzifə dəyişikliyi baş verib.


Facemark.az xəbər verir ki, ByteDance şirkətinin CFO-su Shou Zi Chew, ötən il vəzifəsindən ayrılan Kevin Mayer-in yerinə keçərək TikTok-un yeni CEO-su olub.


Avqust ayından bu yana CEO “kresol”sunu müvəqqəti olaraq YouTube-da top menecer səviyyəsində xidmət etmiş Vanessa Pappas icra edirdi.



Cümə günü açıqlanan məlumata görə, Pappas TikTok-dakı vəzifəsinə COO olaraq davam edəcək. ByteDance şirkətinin sahibi Yiming Zhang top menecer səviyyəsindəki bu dəyişiklik ilə bağlı bunları deyib:


“Shou və Vanessa-nın liderlik qrupu davamlı böyüməyə zəmin hazırlayır. Shou, ilk investorlarımız arasında yer alan və 10 ildir texnologiya sektorunda çalışan komandaya liderlik edən bir ad olaraq şirkət və sənaye haqqında dərin məlumatlara sahibdir. O, yeni vəzifəsində korporativ idarəetmə və uzunmüddətli biznes təşəbbüsləri kimi sahələrə fokuslanaraq komandaya dərinlik qatacaq”.


Shou Zi Chew, şirkətə qatılmadan öncə DST, Goldman Sachs və Xiaomi-də top menecer səviyyəsində çalışıb. Chew, TikTok-dakı yeni vəzifəsi ilə yanaşı, ByteDance CFO-su olaraq vəzifəsini icra edəcək.


facemark.az-ın TikTok-un sahibi Zhang Yiming haqqında daha öncə hazırladığımız fmr videoya aşağıdakı videodan baxın.