Rusiyada bloklanan sosial şəbəkə bazar payını artırmağa davam edir. Microsoft LinkedIn bölməsindən əldə etdiyi reklam gəlirini açıqlayıb.


Facemark.az xəbər verir ki, Rusiyada rəsmi şəkildə bloklanan, işgüzar sosial şəbəkə Snap, Pinterest kimi digital rəqiblərini geridə qoyaraq korporasiyaya 3 milyard dollardan çox reklam gəliri gətirib.


Microsoft-un 31 martda başa çatan 3-cü rüb maliyyə nəticələrinə görə, LinkedIn Marketing Solutions bölməsinin gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 60% artım göstərib.


Şəbəkənin rəqibləri olan Snap (Snapchat tərəfindən idarə edilir) şirkətə 2,8 milyard dollar, Pinterest isə 1,9 milyard dollar gətirib. Ekspertlərin qiymətləndirmələrinə, əsasən 2021-ci ildə LinkedIn-in ABŞ-da rəqəmsal reklam bazarında payı 1,4%, 2019-cu ildə isə 1,2% olub.


Ancaq LinkedIn-in bazar payı Facebook (25,4%), Google (28,7%) və Amazon (10,7%) kimi böyük rəqibləri ilə müqayisədə ABŞ-da hələ də kiçikdir.


Xatırladaq ki, LinkedIn 2016-ci ildə Rusiyada bloklanıb. Sosial şəbəkə istifadəçilərin fərdi məlumatlarının saxlanılması qaydalarını pozub. Şirkətin serverləri isə ABŞ-da yerləşir.