McCann İstanbul-un yeni ECD-si, təcrübəli kreativ Cihangir Gümüş olub.


Facemark.az xəbər verir ki, Gümüşün son vəzifəsi Roy & Teddy-də olub və kreativ direktor çalışıb.


O, karyerası ərzində Güzel Sanatlar, Publicis Worldwide, Alaaddin, DDB&CO, Vietnam və Publicis İstanbul-da çalışıb.



Gümüş, McCann İstanbul-dakı yeni vəzifəsi ilə bağlı planlarını “Dünyanın ən güclü network-lərindən biri olan McCann-nin sərhədsiz imkanlarını güclü bir komanda ilə birləşdirəcəyik. McCann İstanbul-u bölgənin ən vacib agentliklərindən biri etmək istəyirik”, - deyib.


Agentliyin CEO-su Melda Barkın isə bu dəyişiklik ilə bağlı bildirib ki, “Cihangirin məlumat, təcrübə, bacarığı ilə agentlik və markalarımıza böyük fayda verəcəyinə inanıram. McCann İstanbul üçün həyəcanlı və çox keyfli bir təcrübə başlayır”, - deyə o, sözlərinə əlavə edib.