Ötən il Azərbaycanda sair daxilolmalar üzrə 86,8 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 216,3 milyon manat vəsait daxil olub.


Bu barədə Facemark.az “2020-ci il üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən bildirir.


Sənəddə həmçinin deyilir ki, daxil olan vəsaitin 59,2 milyon manatını Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqları üzrə hasil edilən qızılın Azərbaycanın payına düşən hissəsinin satışından daxilolmaların, 31,6 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə ilin sonuna istifadə olunmamış vəsait qalıqları, 22,5 milyon manatını cərimələrdən daxilolmalar, 20,5 milyon manatını xəzinə qalığının (sərbəst qalıq vəsaitlərinin) idarə edilməsindən daxilolmalar, 16,7 milyon manatını “Azərbaycan Dəmir Yolları” QSC-nin büdcədən aldığı kreditlərə görə daxilomalar, 14,5 milyon manatını müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar və 51,3 milyon manatını digər mənbələr üzrə daxilomalar təşkil edib.