"Golden Drum" 26 ildir keçirilən Beynəlxalq Kreativlik Festivalıdır. Festival "Yeni Avropa" hesab edilən 38 ölkədən kreativ işləri qəbul etməklə hər il reklam sahəsində yeniliklərə imza atılmasında önəmli rol oynayır.


Facemark.az-a təşkilatçılardan verilən məlumata, əsasən “Golden Drum” yarışının ilkin müraciət periodu iyuna qədər davam edəcək.


Ancaq final “deadline”lar 13 avqust 2021-ci ilə qədər qüvvədədir.


Facemark.az media partnyoru olduğu festival haqqında qeyd edir ki, 38 ölkədən müsabiqə işləri qəbul ediləcək. Müsabiqə iştirakçıları 1 yanvar 2019 - 1 sentyabr 2021-ci il tarixləri ərzində ilk dəfə paylaşılmış kreativ həllər üzrə layihələri ilə festivala müraciət edə bilərlər.



Festival “erkən quş” - tez müraciət edənlər üçün 10%-dək endirimlər təklif edir. “Ən yaxşı Covid-19” mükafatı üçün müraciət edənlərə isə 50% endirim ediləcək.


Tədbirlər 13 - 15 oktyabr aralığında onlayn (festivalın keçirilməsi formatı ilə bağlı hər-hansı dəyişiklik olacaqsa, bu halda öncədən məlumat veriləcək) keçiriləcək.


Bildirək ki, münsiflər arasında “Outfit7” şirkətinin vitse-prezidenti Živa Čižman, “Nike EMEA” şirkətinin istehlakçı marketinq direkoru David Pivk və “Gameloft” şirkətinin reklam üzrə vitse-prezidenti Alexandre Tan kimi adlar var.


Jürilərin siyahısına “Münsiflər” bölməsindən baxa bilərsiniz. İşlərin və nümayəndələrin qeydiyyatı www.goldendrum.com rəsmi saytından mümkündür.


Sevindirici bir xəbəri paylaşaq ki, Golden Drum-ın təşkilatçıları tərəfindən biznes nəşri facemark.az-ın festivalamedia partnyorluq ilə bağlı müraciətinə baxılıb.


Nəticədə, bu il facemark.az-ı "Golden Drum" festivalının media partnyorları arasında görəcəksiniz.