cümə axşamı, 9 dekabr 2021

Hollandiya kripto valyutaları qadağan edə bilər

489

Hollandiyada Mərkəzi Planlaşdırma Bürosu (CPB) hökumətdən kripto pulların alış-satışını qadağan etməyi təklif edib.

Dünyanın bir çox ölkəsində kriptovalyuta ticarətinə qarşı fərqli yanaşmalar mövcuddur. Nəhayət, Hollandiyada məhdudlaşdırma tələbi gündəmə gəlib.

Facemark bildirir ki, Hollandiya Mərkəzi Planlaşdırma Bürosunun (CPB) direktoru Pieter Hasekamp ​​kriptovalyutaların çöküşünün gələcəkdə qaçılmaz olduğuna inanır.

Hasekamp ​​hökumətdən Bitkoin və digər kriptovalyutaların ticarətinə qadağa qoyulmasını tələb edib.

Qeyd etməliyik ki, Pieter Hasekamp ​​hökumətin həlledici məsləhətçi orqanı olan Mərkəzi Planlaşdırma Bürosunun (CPB) direktoru vəzifəsini 2020-ci ilin yaz ayının əvvəlindən bəri icra edir. Buna bənzər bir tələb 2018-ci ildə də irəli sürülsə də, Hollandiyanın Maliyyə naziri Wopke Hoekstra kripto qadağasının tətbiqini rədd edib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik