Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,2 % azalıb.


Bu barədə Facemark “Report”a istinadən xəbər verir.


Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,4 % azalaraq 17,7 milyard manata bərabər olub, onun 46,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.


Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 369,1 manat və yaxud ötən ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 12,3 manat çox vəsait xərcləyib.