Xarici xəbərlər

LVMH rəhbəri dünyanın ən zəngin insanları siyahısında birinci olub

"LVMH" şirkətlər qrupunun prezidenti (Louis Vuitton Moet Hennessy) Bernard Arno bir ay ərzində ikinci dəfə dünyanın ən zəngin insanları siyahısında "Amazon" qurucusu Cef Bezosu ötüb.


Facemark bildirir ki, bunu "Forbes" jurnalı qeyd edib.


72 yaşlı fransızın sərvəti son sutkada 1,4 milyard dollar artaraq 200 milyard dolları keçib və Bezosun sərvətini 100 milyon dollar üstələyib. Aprel ayında "LVMH" prezidentinin sərvəti qiymətli kağızlar daxil olmaqla 150 milyard dollar təşkil edib ki, bu da son iki ayda B. Arnonun qazancının 50 milyard dollardan çox təşkil etdiyini bildirir.



Paylaş

Xəbərlər

Oxşar bölümlər

Ən son Xəbərlər