bazar günü, 28 noyabr 2021

Kiberhücumlar müasir dövrün ən ciddi problemlərindən biridir - Mərkəzi Bank

457

Özəl məlumatlara, informasiya resurslarının tamlığı və əlçatanlığına yönəlmiş kiberhücumlar müasir dövrün ən ciddi problemlərindən biridir.

Facemark bildirir ki, bunu "Trend"ə Azərbaycan Mərkəzi Bankından bildiriblər.

Qeyd olunub ki, iqtisadiyyatın rəqəmsallaşması, yeni nəsil texnologiyaların yaranması, "bulud" və blokçeyn kimi sistemlərə əsaslanan yeni yanaşmaların formalaşması informasiya və kibertəhlükəsizliyin vacib aspektlərini bir daha ön plana çıxarır:

"Mərkəzi Bank ölkənin maliyyə-bank sistemində fəaliyyətin fasiləsizliyinin təmin olunması, təhükəsizlik insidentlərinə adekvat reaksiya, eləcə də beynəlxalq standartlata əsaslanan nəzarət çərçivələrinin formalaşdırılması üzrə tədbirlər həyata keçirir. "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi Dövlət proqramı" çərçivəsində reallaşdırılan tədbirlərdən biri bankların İT sistemlərinə təhlükəsizlik tələblərinin gücləndirilməsi olub".

Bankdan bildiriblər ki, İT təhlükəsizliyi üzrə normativ bazanın hazırlanması üçün işçi qrup yaradılıb, beynəlxalq standartlar və aparıcı mərkəzi bankların yanaşmaları öyrənilib. Banklarda informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə işçi qrupu tərəfindən Beynəlxalq Standartlaşdırma Assosiasiyasi tərəfindən yaradılmış təhlükəsizlik standartlarına və bütün müasir tələblərə cavab verən normativ-metodiki baza hazırlanıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik