bazar günü, 26 sentyabr 2021

Kreativ gənclər üçün beynəlxalq festivala giriş bileti - NECƏ MÜRACİƏT ETMƏLİ

699

Facemark-ın media partnyorlarından biri olduğu Golden Drum Festivalı sənayenin inkişafına böyük təsiri olan ən səmimi festival olmağa can atır. Bu səbəbdən də təcrübəli mütəxəssislərin diqqətini cəlb etmək və peşəkar dünyaya böyük səs gətirmək üçün gənc yaradıcılara möhtəşəm fürsət olan Gənc Drummerlər şansını yaradır.

Bu ilki yarışma üçün də festival Sloveniya Turizm Şurası ilə əməkdaşlıq edərək Sloveniya mövzusunda 30 yaşınadək gənc yaradıcılar tərəfindən hazırlanmış kontentləri qəbul edir. İlk dəfədir ki, dünyanın hər yerindən iştirakçılar müraciət edə bilərlər. Müraciətlər 1 sentyabr 2021-ci il tarixinədək qəbul edilir.

Ən yaxşı video və ya video seriyanın müəllifinə 1.000 avro mükafat, 13 oktyabr 2021-ci ildə isə virtual səhnədə özlərini və qazanan videonu təqdim etmək şansı veriləcək.

Daxil olan kontentlər beş nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcək:

Suvi Lähde - Münsiflər heyətinin sədri, İcraçı art direktor, SEK | Part of GREY, Finlandiya,

Aleksandr Dobrokotov - Art direktor, DADA Agentliyi, Sosial Media Aktivisti, Rusiya,

Ana Savşek - Kontent rəqəmsal marketinq şöbəsinin müdiri, Sloveniya Turist Şurası, Sloveniya,

Sergio Spaccavento - Kreativ direktor və Tərəfdaş, Conversion E3, İtaliya,

Barbara Zmrzlikar - İnkişaf, İnnovasiya və AB Layihələri şöbəsinin müdiri, Turizm Şurası, Sloveniya.


Müsabiqəyə göndərilən materiallar yalnız video formatında qəbul edilir. Eyni zamanda müraciət etmək üçün 25 avro giriş haqqı ödənilməlidir.

Qeyd edək ki, müsabiqə Sloveniyanın təbii gözəlliklərinə diqqət çəkmək məqsədi daşıyır. İştirakçılar yaradıcı həllərini, ilk növbədə, xüsusi qrupları hədəf alan “Feel Sloveniya” sosial media kanallarında istifadə edərək paylaşmalıdırlar. Yekun işlər qısa video və ya bir sıra qısa videolar şəklində təqdim ediləcək.

Ətraflı məlumat: Young Drummers

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik