Bitcoin aprel ayından bəri enişdədir. Bütün zamanların ən yüksək səviyyəsinə - 64.800 dollara çatdıqdan sonra kriptovalyuta istiqaməti tərsinə çevrilib.


Facemark “Paratic”ə əsasən bildirir ki, hazırda bu valyuta 30.000 dolların altındadır. BTC hazırda 33.900 dollardan satılır.



Analitiklər Bitcoin-də 50%-dən çox zərərin səbəblərini araşdırmağa davam edirlər. Onların fikrincə, son zamanlarda ABŞ dollarının yüksəlişi Bitcoinin zəiflədir.


Dollar indeksinə əlavə olaraq, Çin hökuməti və İlon Mask tərəfindən gələn bəzi açıqlamalar BTC-nin düşməsinə böyük təsir göstərib. Çinin bəzi əyalətlərində Bitcoin mədəninin qadağan edilməsinə dair qərarlar verilib.