Dünya bazarında neftin qiyməti bu gün azalıb. Buna koronavirusun “Delta” ştammının yayılması səbəbindən sərmayədarlar arasında yaranmış narahatlıqlar səbəb olub.


Facemark “Report”a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:54-də 0,45 % azalaraq 73,81 ABŞdolları təşkil edib. “Brent”in avqust fyuçersləri isə 0,52 % ucuzlaşıb və 74,29 ABŞ dollara təklif olunub.


“WTI” neftinin avqust fyuçersləri bu səhər 0,41 % ucuzlaşaraq bir bareli 72,61 ABŞ dollara satılıb.


Koronavirusla bağlı yeni narahatlıqlar neft qiymətlərinə mənfi təsir göstərir. Treyderlər xüsusilə COVID-19-un yeni "Delta" ştammının yayılmasından ehtiyatlanırlar. Bu ştammın bəzi ölkələrdə yayılması xammal tələbatı üçün risklər yaradır, çünki yoluxma hallarının artmasına görə insanların hərəkətinə məhdudiyyətlər yenidən tətbiq olunur.