“Apple Inc.” yeni nəsil iPhone-ların istehsalınının 90 milyona çatdırılmasını tələb edib.


Facemark xarici mediaya istinadən bildirir ki, “Apple” yeni modelin ilkin buraxılışı üçün 75 milyon telefon istehsal edib. Yenilənmiş proqnozlara əsasən, Covid-19 vaksinasiyası yeni modelin satışlarını artıracaq. Bununla da şirkət istehsalı artırmağa qərar verib.


Texnologiya nəhənglərindən olan şirkətin səhmləri çərşənbə günü 2,5% artaraq 149,22 $ olub.