17-18 iyul tarixlərində “Bolt” nəqliyyat platforması “Supercars” layihəsi çərçivəsində istifadəçilərini ulduzlarla görüşdürür.


Facemark şirkətin rəsmi Instagram hesabına istinadən bildirir ki, layihə çərçivəsində sükan arxasında Bəhram Bağırzadə, Taleh Yüzbəyov, Elcan Rəsulov, Fuad İskəndərov olacaq.


“Sifariş edərkən sizi qarşılamağa gələn avtomobil “Supercars” layihəsində olan Bolt nişanlı avtomobil olarsa, öz "Instagram" profilinizdə #boltlive hashtagı ilə avtomobilin şəklini paylaşaraq bizi işarələyib, səhifəmizi izləyərək bizdən hədiyyə qazana bilərsiniz! Qaliblər təsadüfi şəkildə seçilərək səhifədə elan ediləcək”, - bunu şirkət Instagram postunda qeyd edib.


Qeyd edək ki, daha əvvəl “Bolt Azərbaycan" bu cürə layihəni keçən ilin fevral ayında həyata keçirib.