Bu ilin əvvəlindəki problemlərə baxmayaraq, WhatsApp Android üçün ən yaxşı mesajlaşma tətbiqlərindən biri olaraq qalır. Video zəng funksiyası çoxdan tətbiqdə yer alsa da, zəngi qaçırdan insan qrup zənginə qoşula bilmirdi.


Facemark xarici mediaya istinadən bildirir ki, “WhatsApp” qrup zənglərinə sonradan qoşulmaq funksiyasını aktiv edib.


Yeniləmə bu gün onlayn olacaq və yaxın həftələrdə bütün WhatsApp istifadəçilərinə təqdim olunacaq.