“Telegram”ın qurucusu Pavel Durov telefonunun İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış bir casus proqramı tərəfindən izlənildiyini bildirib.


Facemark xarici mənbələrə istinadən bildirir ki, “The Guardian” qəzeti siyasətçi, aktivist və jurnalistlərə məxsus telefonların izlənilməsi barədə araşdırmalara qoşulub. Qəzetdə qeyd olunur ki, Durov telefonu izlənilən insanlar arasında ola bilər.


Durov özü təəccüblənmədiyini bildirib: “Ən azı 2018-ci ildən bəri telefon nömrələrimdən birinin potensial müşahidə hədəfləri siyahısına daxil olduğunu bilirəm”. “NSO Group”dan cavab verən bir mənbə isə bunu inkar edib.


Pavel Durov eyni zamanda qeyd edib ki, onu izləyən şəxs və təşkilatlar məyus olacaq, çünki heç bir vacib məlumat tapa bilməyəcəklər.


“Casus tətbiqlərin iOS və Android əməliyyat sistemlərində istənilən telefonu sındıra bilər və cihazı bundan qorumağın bir yolu yoxdur” - Durov qeyd edir.