bazar günü, 26 sentyabr 2021

Instagram hekayələrinə tərcümə funksiyası gəlib

394

Artıq “Instagram” hekayələrində mətnlər 90-dan çox dilə tərcümə edilə bilir.

Facemark bildirir ki, 21 iyul tarixində aktiv olan funksiya marka və kontent yaradıcılarının qlobala çıxmağını asanlaşdırmaq məqsədi daşıyır. Xarici dostlarınızı, izlədiyiniz kontent yaradıcıları və influenserləri artıq istənilən dildə başa düşə biləcəksiniz.

Tərcümələr yalnız yazılar üçün aktivdir.

Funksiyadan istifadə etmək üçün hekayənin yuxarı hissəsində - istifadəçi adının altında “See translation (tərcüməni gör)” yazısına klikləmək lazımdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik