Twitter yeni funksiya üzərində işləməyə başlayıb.


Facemark şirkətin Twitter hesabına istinadən bildirir ki, yeni funksiya sayəsində istifadəçilər bəyən(mə)dikləri tweetlərə mənfi və ya müsbət səs verə biləcəklər.


Şirkət qeyd edib ki, funksiya müxtəlif stillərdə istifadəçilərə təqdim ediləcək və istəyə uyğun tətbiq daxilində dəyişdirilə biləcək.



Burada əks olunan mənfi səs sizin yazını bəyənmədiyiniz mənasına gəlmir. Əksinə, əgər tweeti və ya şərhi mövzuya uyğun hesab etmirsinizsə, mənfi səs verərək bunu bildirə bilərsiniz. Şirkət qeyd edir ki, funksiyada mövcud olan mənfi səs tədqiqat və geri dönüşləri hesablama məqsədi daşıyır.


“Fleets” funskiyasını deaktiv etdikdən sonra Twitter insanları yazmağa və tətbiq daxilində söhbət eləməyə təşvik etmək istəyir.


Həmçinin bax: Twitter yaxın zamanda “Fleets” bölməsini bağlayacaq


Yeni funksiya ilkin periodda yalnız iOS istifadəçiləri üçün aktiv olacaq.