cümə axşamı, 9 dekabr 2021

ABŞ birjalarında Çin şirkətlərinə qarşı tələblər sərtləşdiriləcək

439

ABŞ-ın fond birjalarında kotirovka olunan Çin şirkətləri hökümətin onların biznesinə müdaxilə edə bilmə risklərini öz hesabatlığında göstərməli olacaq.

Facemark xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bəyanatında deyilir.

Bu, Çinin tənzimləyici orqanlarının ölkənin ən iri taksi servisi “Didi”yə qarşı təhqiqat başlamasından sonra SEC-in ilk bəyanatıdır. Təhqiqat şirkətin Nyu-York fond birjasında baş tutan listinqindən sonra başladılıb. Nəticədə, “Didi”nin səhmələri indiyə qədər dəyərinin ¼-ni itirib.

Ötən həftənin sonunda isə tənzimləyicilərin Çində onlayn təhsilin tənzimlənməsini sərtləşdirmək, o cümlədən xarici investorlardan kapital cəlb etməyə və IPO keçirməyə qadağa qoymaq niyyətində olduğuna dair məlumat yayılıb. Bundan sonra həmin şirkətlərin səhmləri kütləvi şəkildə satılmağa başlanıb. Bəzi təhsil platformaları bir gündə dəyərinin yarısını itirib. Bazar ertəsi bu proses davam edib. Təhsil sektoru ilə yanaşı digər Çin şirkətləri, o cümlədən texnologiya, səhiyyə və daşınmaz əmlakla bağlı şirkətlər dəyərdən düşüb. Həmin gün investorlar Şanxay və Şençjen birjalarında kotirovka olunan şirkətlərin 2 milyard dollarlıq səhmlərini satıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik