cümə axşamı, 9 dekabr 2021

Fərdi kompüterlərin qlobal tədarükü 15 % artıb

468

Bu ilin II rübündə dünya üzrə 80,1 milyon fərdi kompüter tədarük edilib.

Facemark xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Counterpoint Research” şirkəti məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

II rübün nəticələrinə görə, 25 %-lik payla bazarın lideri "Lenovo" olub. Növbəti yerləri "HP" (bazar payı 23 %-dir), "Dell" (17,2 %), "Apple" (7,5 %) tutub.

Bu il fərdi kompüterlərin qlobal tədarükünün ötən onilliyin əvvəlindən bu yana görünməyən pik həddə çatacağı proqnozlaşdırılır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik