“Amazon” ikinci rüb üçün hesabat yayımlayıb.


Facemark xarici mediaya istinadən xəbər verir ki, şirkətin gəliri 27% artaraq 113.08 milyard dollara çatıb.


Eyni zamanda, bu il gəlir artımı keçən ilə nisbətən daha yavaş olub, belə ki 2020-ci ilin ikinci rübündə bu göstərici 41% idi. "Refinitiv" analitikləri şirkətin 2021-ci ildə 115,2 milyard dollar qazanacağını proqnozlaşdırıblar.


“Amazon Web Services” (AWS) bulud xidmətinin gəliri rüb ərzində 37% artaraq 14.81 milyard dollara çatıb. “Amazon”un xalis gəliri ötən illə müqayisədə 48,4% artaraq 7,778 milyard dollar olub. Bir səhmə düşən qazanc 15.12 dollara çatıb.