Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47.262,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.


Facemark bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri-neft-qaz sektorunda isə 5,3% artıb.


ÜDM istehsalının 40,3%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.


İl ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 17,6% artaraq 4.721 manat olub.