Bu ilin iyun ayında inkişaf etmiş ölkələrin neft ehtiyatları 50,3 mln. barel azalaraq 2,88 mlrd. barelə düşüb.


Facemark "APA-Economics"ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin neft ehtiyatları 2016-cı ildən 2020-ci ilə qədər olan dövrdə beşillik ortalamadan 131 mln. barel, 2015-ci ildən 2019-cu ilədək olan dövr üçün isə 66 mln. barel aşağı olub. Bununla belə, iyunda neft ehtiyatları 18,3 mln. barel azalaraq 1,472 mlrd. barelə düşüb. Eyni zamanda, neft məhsulları, əsasən də benzin ehtiyatları azalıb.


IEA-in iyul ayı üzrə ilkin məlumatlarına görə, ötən ay ABŞ və Yaponiyada ehtiyatlar azalıb, Avropada isə artıb.