Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi öz əməkdaşlarının əmək haqqlarını Mərkəzi Bank tərəfindən hazırlanan rəqəmsal qrivnada verməyə hazırlaşır.


Facemark xarici mətbuata istinadən xəbər verir ki, bunu nazirliyin başçısı Mixail Fyodorov deyib.


Onun sözlərinə görə, bu təşəbbüs nazirliyin nəzərdən keçirdiyi pilot layihələrdən biridir.


Qeyd edilir ki, bu ilin 30 iyununda Ukrayna Radası ölkənin Mərkəzi Bankı tərəfindən rəqəmsal valyuta buraxılışının ümumi prinsiplərini müəyyən edən qanun qəbul edib. Həmin qanun iyulda ölkə başçısı tərəfindən imzalanıb.