“Facebook” reklamların məxfiliyini artıran yeni inkişaf strategiyasını təqdim edib (Gizliliyi artıran texnologiyalar, “Privacy-enhancing technologies”).


Facemark xarici mediaya istinadən bildirir ki, şirkət rəsmi bloqunda yeni gizlilik strategiyasından COVID-19 xəstələri ilə əlaqələri izləmək, şəhərlər arasındakı miqrasiya meyillərini müəyyən etmək və elektron ödənişlər göndərmək üçün də istifadə edilə biləcəyini qeyd edib.


Şirkət üç növ texnologiyanı və gələcəkdə onların necə tətbiq ediləcəyini təqdim edib. Bunlar çox tərəfli hesablama (“Multi-party computation”), cihaz vasitəli öyrənmə (“On-Device Learning”) və nisbi məxfilikdir (“Differential Privacy”).


Proqram təminatçılarının fikrincə, “PET”lər həm reklam ölçmə və fərdiləşdirmə kimi vacib funksiyaları qoruyur, həm də işlənən məlumatların miqdarını minimuma endirməyə kömək edən kriptoqrafiya və statistikadan istifadə edir.