“Telegram” dünyanın ən çox yüklənilən yeddinci proqramı oldu. Bu barədə qurucusu Pavel Durov məlumat verib.


Facemark bildirir ki, avqust ayında mesajlaşma proqramı səkkiz illik fəaliyyətini qeyd edib.


2013-cü ildə tətbiq ilk dəfə iOS platformasında aktiv edilib. Android üçün rəsmi versiya daha sonra eyni ilin oktyabrında çıxıb. Durov messencerin funksionallığı və rahatlığı sayəsində məşhurluq qazandığını söyləyib. O, təbiqi dünyanın ən istifadəçi yönümlü mesajlaşma platforması adlandırıb.


Durov eyni zamanda qeyd edib ki, proqram təminatçılarının əlavə etdiyi hər yeni xüsusiyyət onu hələ tətbiq olunmayan yeniliklər haqqında düşünməyə vadar edir.