bazar günü, 26 sentyabr 2021

İnnovasiya, texnologiya və marketinq mövzusunda NƏ DƏYİŞDİ?

521

6 noyabrda “Nə dəyişdi?” mövzusunda növbəti “Digital Marketing Conference (DMC)” keçiriləcək.

Facemark.az-ın təşkilatçılığı ilə keçiriləcək konfrans 3 paneldən ibarət olacaq. Tədbirdə Azərbaycanın qabaqcıl mütəxəssislərindən ibarət 15-dək spiker çıxış edəcək.

“Four Seasons” otelində keçiriləcək konfrans üçün yerlər məhduddur. COVID-19 pandemiyasının təhlükəsizlik qaydalarına uyğun keçiriləcək tədbirdə 130 nəfər mütəxəssisin iştirakı nəzərdə tutulub. Biletin qiyməti 85 AZN təşkil edir. Biletə konfransda iştirak, səhər yeməyi, nahar və çay fasiləsi daxildir.

Qeyd edək ki, DMC hər il rəqəmsal marketinq mövzusunda keçirilən, innovativ və texnoloji həll və ideyaları birləşdirən genişmiqyaslı tədbirdir. Hər il 500-700 nəfər mütəxəssis, 400-450 şirkət konfransda iştirak edərək qlobal yenilik və trendlərin Azərbaycanda inteqrasiyası ilə tanış olur. Tədbirin məqsədi ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsi, innovasiya və texnologiyanın tətbiqinin stimullaşdırılması və rəqəmsal alətlərdən istifadənin təşviq edilməsidir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik