Bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.


Facemark Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% azdır.


Bu ilin ilk 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 422,6 milyon manatı (93,3%-i) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.