Moskva məhkəməsi “Google” şirkətini qadağan edilmiş məzmunla bağlı qaydalarını pozduğuna görə 14 milyon rubl (190.398 dollar) məbləğində cərimələyib.


Facemark xarici mediaya istinadən bildirir ki, Rusiya mütəmadi olaraq sosial media nəhənglərini qadağan edilmiş məzmunu silmədiyinə görə cərimələyir və xarici texnologiya şirkətlərini ölkədə ofis açmağa məcbur edir.


Qeyd edək ki, Rusiya ötən ildə Moskvanın qanunsuz hesab etdiyi məzmunu silməməsi və istifadəçi məlumatlarını lokalizasiya etməməsi kimi müxtəlif səbəblərdən “Google”a bir sıra kiçik cərimələr tətbiq edib. Moskvanın Taqanski Rayon Məhkəməsindən “Google”a 4 milyon, 1,5 milyon, 5 milyon, 1,5 milyon və 2 milyon rubl məbləğində beş inzibati cərimə tətbiq edildiyi bildirilib. "Google" sözçüsü ilk iki cəriməni təsdiqləsə də, əlavə şərh verməyib.