Şahzadə Uilyam və xanımı Keytin Kral toy mərasiminin rəsmi nümayəndəsi Kollin Harris, 17 oktyabr tarixində Bakıda keçiriləcək Azərbaycanın ilk qlobal PR üzrə mərasimi - “Baku PR Experience” tədbirinin natiqlərindən biridir.

Dünyanın ən böyük TV mərasiminin bütün mətbuat fəaliyyətini həyata keçirməzdən əvvəl, Kollin Elton Con Fondunda ictimaiyyətlə əlaqələri idarə edib, eyni zamanda, Şahzadə Çarlz, Şahzadə Uilyam və Harrinin imicini qaldırmaq üçün 10 ildən artıq fəaliyyət göstərib.

- “Mən Kral Ailəsi üçün işləyən ilk qaradərili insan idim. Şahzadə ilə işləməyə başlayanda, insan monarxın - Kraliça ailəsinin bir üzvünə çevrilir. ” - Kollin izah edir.

O 1998-ci ildə, Şahzadə Diananın ölümündən bir il sonra, Şahzadə Çarlzla işləməyə başlayıb. “Mən o vaxt nazir müavini vəzifəsində çalışırdım. Saraya bir fincan qəhvə içməyə dəvət olundum, sonar yenə də. Heç ağlıma da gəlməzdi ki, mənə iş təklif edəcəklər. Şahzadə Çarlz mənə zəng vurana qədər baş verənlərin həqiqi olacağına inanmırdım!”.

Əhali arasında pis imicə malik və çox da sevilməyən Şahzadə Çarlzın nüfuzunu bərpa etmək, ən əsası Şahzadə Uilyam və Harrini ictimaiyyətin diqqət mərkəzindən qorumaq - bəlkə də Birləşmiş Krallıqda ən çətin PR üzrə işi idi.

- “Bir insan kimi, Şahzadə Çarlz çox ürəyiaçıq və qayğıkeşdir. Kral ailəsində yalnız ona işləməyi özümə layiq bilirdim. O öz ölkəsinin, xalqının qayğısına qalırdı. O çox hörmətli insan idi, lakin, eyni zamanda, Şahzadənin ətrafında onun nüfuzuna xələl gətirən bir çox hadisələr baş verirdi. Xanım Parker Boulz və onların münasibəti böyük qalmaqala səbəb olmuşdu. Media onu Diananın vəziyyəti və bədbəxtliyində günahlandırırdılar. İctimaiyyət ona həqiqətən nifrət edirdi. Bizə çətin olan məsələ, Şahzadənin nüfuzuna potensial xələl gətirirdi. Biz İƏ şərtləri daxilində, vəziyyətin öhdəsindən gəlmək üçün dərindən fikirləşməli idik” - Kollin izah edir.


Bu gün Britaniya İctimaiyyəti Şahzadə Çarlz və Kamilla Parker Boulzun evliliyini qəbul edə bilər, lakin bu yol o qədər də asan olmayıb. “Düşünün, axı bu ən romantik sevgi hekayələrindən biridir. Biz media tərəfindən çoxlu etirazla qarşılaşdıq, lakin inad göstərdik və onların sevgisini müxtəlif yollarla nümayiş etdirdik. Nə olursa olsun, Kamilla onun yanında idi. O heç vaxt media ilə danışmayıb. Media onun haqqında nə deyirsə desin, o heç vaxt ictimaiyyəti qınamayıb. Bu müsbət bir hal idi və biz ondan istifadə etdik. Biz elə bir zəmin yaratdıq ki, nəticədə onlar evlənə bilsinlər. Biz başlamasaydıq, ictimaiyyət heç vaxt onların evliliyini qəbul eləməzdi. Qapıları açıb, medianı içəri dəvət elədik. Media bu kübar insanlarla ünsiyyətdə oldu və tədricən onlar haqqında müxətlif hekayələr yazmağa başladı” – Kollin deyir.

Kollinin məşğul olduğu digər sahə isə Şahzadə Çarlzın yaxşı ata imicini qaldırmaq idi. “Media Diana hadisəsindən xeyli pul qazandı. Onu itirəndən sonra isə, onlar bu boşluğu doldurmaq üçün kral ailəsinin digər üzvlərini axtarmağa başladılar. Onlar Şahzadəyə mənfi bir imic cızdılar və daim qalmaqal axtarırdılar. Bununla mübarizə aparmaq mümkün deyildi, onlara fərqli mövzular təklif etmək lazım idi. Biz istəyirdik ki, hamı onu qayğıkeş ata və Kraliçaya dayaq olan bir insan kimi tanısın. Bunu nümayiş etdirmək üçün çox şey etdik. Onun yaxşı ata olduğunu bilirdik, lakin ictimaiyyəti də buna inandırmalı olduq” - Kollin izah edir.

İki yeniyetmə Şahzadə ilə işləmək asan deyildi. “Heç asan deyildi, çünki biz normal həyat yaşamaq istəyən 2 gənc yeniyetmə ilə məşğul idik. Onlara əyləncə gecəsinə yox, bala getməli olduqlarını başa salmaq çətin idi. Bu mümkün deyildi! Ümumi dil tapmaq lazım idi, bəzən işlər plana uyğun getmirdi. Lakin bütün gənclər kimi, onlar da səhvlərindən nəticə çıxarmalı idilər. Onlar ümumilikdə mənim məsləhətlərimi qəbul etsələr də, inadlarından da əl çəkmirdilər. Biz Klasterzdə, hər il keçirilən xizəksürmə bayramında idik və mətbuatla fotoreportaj olmalı idi, lakin onlar belə qərara gəldilər ki, bunu etmək istəmirlər. Çox əziyyət çəkməli oldum, nəhayət onlar razılaşdılar” - Kollin deyir.

Kollin Harris Azərbaycanın ən çox gözlənilən PR tədbirində təqdimatla çıxış edəcək 10 PR üzrə mütəxəssisdən sadəcə biridir. “Gazprom” “Microsoft” şirkətlərinin PR üzrə mütəxəssisləri, Şahzadə Diananın şəxsi katibinin də tədbirdə çıxışı gözlənilənlər sırasındadır.

Əlavə məlumatı keçidə baş çəkməklə, əldə edə bilərsiniz.


Biznesinfo.az