Bu ilin II rübündə Gürcüstanda işsizlik səviyyəsi 22,1% olub.


Facemark “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.


Məlumata əsasən, göstəricidə illik müqayisədə 3,8% artım qeydə alınıb.


Aprel-iyun aylarında şəhərlərdə işsizlik 24,1% (+2,3%), kənd yerlərində isə 19% (+6,2%) təşkil edib.


Kişilər arasında bu göstərici illik müqayisədə 5,7% artaraq 24,5%, qadınlar arasında isə 1,2% artaraq 18,9%-ə yüksəlib.