“WhatsApp” messencerində 90 gündən sonra avtomatik surətdə silinən mesajlar yazmaq mümkün olacaq.


Facemark xarici mediaya istinadən xəbər verir ki, funksiya 2.21.17.16 yeniləməsindən sonra aktiv olacaq.


Lakin bu funksiya yalnız “Android” əməliyyat sistemli smartfonlar üçün əlçatandır. Bir və yeddi gündən sonra mətnlərin avtomatik silinməsi imkanı da saxlanacaq.


Qeyd edək ki, “WhatsApp” rəhbərliyi 2021-ci ildə məxfiliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün messencerə bir sıra funksiyalar əlavə edib. Belə yeniliklərdən biri ötürülən məlumatların məxfiliyini təmin edən fotoşəkil və ya videoya cəmi bir dəfə baxmaq funksiyasıdır.


Bundan əlavə, çatdakı söhbətlərin gizlənməsi funksiyası tətbiq olunub. Bununla da yeni smartfona keçid halında vacib mesajları, sənədləri və yazışmaları tam şəkildə saxlamaq olacaq.