Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhali tərəfindən 2 360,3 mln. kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çox təbii qaz istehlak edilib.


FacemarkAPA-Economics”ə istinadən bildirir ki, istehlak edilən qazın 37,2%-i Bakı şəhərinin payına düşüb.


Məlumata görə, hesabat dövründə ölkə üzrə əhali tərəfindən istehlak edilən qazın 3,5%-i Naxçıvan Muxtar Respublikasının, 10,7%-i Abşeron-Xızı, 6,1%-i Mərkəzi Aran, 6%-i Gəncə-Daşkəsən, 6%-i Lənkəran-Astara, 5,9%-i Qazax-Tovuz, 5%-i Şəki-Zaqatala, 4,9%-i Quba-Xaçmaz, 4,6%-i Qarabağ, 3,9%-i Mil-Muğan, 3,8%-i Şirvan-Salyan, 2,4%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.