Sosial şəbəkələrdə paylaşılan bir çox mövzu və kontentin əsas mənbəsi olan “Reddit” rəhbərliyi yeni problemlərlə üzləşib.


Facemark xarici mediaya istinadən bildirir ki, könüllü moderatorlar tərəfindən “Reddit” rəhbərliyinə yazılan açıq məktubda COVID-19 haqqında dezinformasiyalara qarşı tədbir görülməsi xahiş və tələb edilib.


Həftənin çərşənbə günü “r/vaxxhappened” sabredditində paylaşılan açıq məktubda moderatorlar “Reddit” rəhbərliyini dezinformasiyalara qarşı tədbir görməyə səsləyib:


“Məlumdur ki, verilən vədlərə baxmayaraq, rəhbərlik bir neçə sabredditi bağlamaqdan başqa heç bir islahat görməyib”.


Məktuba imza atanlar arasında hərəsinin 10 milyondan çox abunəsi olan r/aww, r/dataisbeautiful, r/EarthPorn, r/Futurology, r/lifeprotips, r/pics, r/showerthoughts, r/tifu və r/UpliftingNews sabredditlərinin moderatorları da var.


Nüfuzlu səhiyyə işçiləri pandemiya ilə mübarizədə üz maskası taxmağın, eləcə də, başqalarından 2 metr məsafə saxlamağın və ən qısa müddətdə vaksin olunmağın vacibliyini daim vurğulayır. Bütün bunlar həyat xilas edən, elmi cəhətdən sübut edilmiş strategiyalardır. Təəssüf ki, “Reddit” kimi sosial şəbəkə platformaları koronavirusla bağlı yanlış məlumatların insanlar arasında yayılmasına, çoxalmasına və aktiv şəkildə təhlükə yaratmasına imkan verən bu cür tədbirləri rədd edən ritorikaya ev sahibliyi etməyə davam edir.


“Qlobal bir platforma kimi, “Reddit” məsuliyyət daşıdığını anlamalıdır”.


Əlavə oxu: Gənclərin əylənmək və öyrənmək mərkəzi Reddit yeni ofis açıb


Moderatorların məktubunda qeyd edilir: "Dezinformasiya sisteminin əsas nüansı budur ki, yalan məlumatlar təkrarlana-təkrarlana deformasiyaya uğrayır - ciddi şəkildə təkzib edilərək daha yanlış məlumata çevrilib. Yalan məlumatlar insanların ölüm səbəbinə çevrildikdə artıq deyiləsi söz də qalmayacaq. “Reddit” öz məsuliyyətini dərk etməlidir”.


“Reddit”in mətbuat katibi bildirib ki, platforma hər cür debat və müzakirəyə açıqdır: “Bu müzakirələrə ictimai fikir ilə uyğunlaşan və ya uyğunlaşmayan fikirlər də daxildir. İstifadəçilərimizə rəsmi mənbələrdən alınmış informasiyaları çatdırırıq. Lazım gəldikdə bizim qaydalara uyğun gəlməyən şəxs və kontentlə bağlı tədbirlər görürük. Pandemiya ərzində könüllü moderatorlarımızın köməyi ilə istifadəçilərimizi maarifləndirmək üçün koronavirus və peyvəndlər üzrə nüfuzlu mütəxəssislərə sual verə bildikləri "AMA" seriyası başlatdıq. r/Coronavirus sabredditi daxil olmaqla maarifləndirici bannerlər hazırlamışıq".


Əlavə oxu: Biden: “İnsanları öldürən şey Facebookda paylaşılan feyk xəbərlərdir"



“YouTube” COVID-19 haqqında səhv məlumat yayan 1 milyon videonu silib