Bazarda zərərli proqramlar, fidyə məzmunlu hücumlar və kiberhücumlar keçən il, əsasən, hibrid iş və təhsilə keçid səbəbilə xeyli çoxaldı. Təhsil sektoru, xüsusilə, ağır zərbələrə məruz qaldı - 2020-ci ildə K-12 sektoru 408 kiber təhlükəsizlik hadisəsi ilə rekorda imza atdı.


K-12 Kiber Təhlükəsizlik Resurs Mərkəzi tərəfindən hazırlanan hesabatda hücumların ABŞ-ın 40 əyalətində yerləşən 377 məktəbə təsir etdiyi və həll edilməsi üçün milyonlarla dolların xərcləndiyi bildirilib.


Təəssüf doğuran reallıq budur ki, problem aradan qalxmayacaq - təhlükəsizlik məsələsində neqativ mənzərə böyüməyə davam edəcək. Təhsil müəssisələrdə İT şöbələrinin kifayət qədər maliyyələşdirilməməsi faktı bu mənzərəni daha da pisləşdirəcək. Bu zaman yalnız avtomatlaşdırma əsas çıxış yollarından biri ola bilər.


Mövcud təhlükə


Dünya mediasında başlıqlar ürəkaçan deyil - Mayamidə orta məktəb şagirdindən tutmuş dərsləri ləğv etməyə məcbur edən, ölkənin hər yerində yayılmış fidyə proqramına məruz qalan məktəblərə qədər bir çox xəbərlər gündəmi zəbt edir. Bütün bunlar qlobal pandemiya şəraitində hibrid təhsilə keçid edən təhsil müəssisələrinin təhlükəsizliklə bağlı ciddi tədbirlər almamasından qaynaqlanır.


2021-ci ilin mart ayında FBI ABŞ-ın 12 əyalətində və İngiltərədə təhsil müəssisələrini hədəf alan PYSA fidyə proqramının artması ilə bağlı xəbərdarlıq etdi. Bu fidyə proqramları başqalarının cihazlarına qanunsuz şəkildə girərək bütün şəxsi informasiyaları əldə edir. Xakerlər cihazın idarəsini tamamilə öz üzərinə götürür və sahibinə giriş icazəsi vermir. Fidyə proqramı vasitəsilə cihazı ələ keçirilən istifadəçi isə yalnız fidyə ödəyərək yenidən cihazının idarəsini ala bilər.


Təhsildə təhlükəsizlik üçün avtomatlaşdırma və AI (Süni intellekt) Kibertəhlükəsizlik mütəxəssisləri süni intellekt əsaslı həllərdən istifadə edərək internetə çıxışı olan istənilən cihaza nəzarət edə bilər. Süni intellekt və avtomatlaşdırılmış alətlər şəbəkə idarəsini asanlaşdıra, təhlükəsizlik qruplarını yaxınlaşan təhdidlər barədə xəbərdarlıq edə və avtomatik təhdid cavabını emal edə bilər. Süni intellekt təhlükələri müəyyən etmək üçün şəbəkədəki cihazlardan toplanan məlumatları davamlı olaraq analiz edə bilmə qabiliyyətinə malikdir.


Bu metod eyni zamanda avtomatik olaraq bildiriş axınını araşdıra bilər. Bu da öz növbəsində onlara daha düzgün və operativ qərar verməyə, daha fəal və səmərəli bir təhlükəsizlik proqramı yaratmağa və daha qənaətli olmağa imkan verir. Süni intellekt əsaslı proqramlar İT departamentinin qruplarına strategiyanı inkişaf etdirmək, qabaqcıl təhlükələri araşdırmaq və kiber mədəniyyət yetişdirməyə fokuslanmaq üçün səmərəli vaxt qazandırır.


Kiber cinayətkarlar etdiklərinin cəmiyyətin hansı təbəqəsinə təsir edəcəyini önəmsəmədən tapdıqları hər boşluğa hücum etməyə öyrəşiblər. Hibrid tədris metoduna keçid etdikdən sonra hazırda təhsil sahəsində bu boşluqlar kifayət qədər çoxdur.


Avtomatlaşdırma və AI/ML, təhsil təşkilatları üçün böyük rol oynaya bilər. Bu texnologiyalar, təhlükəsizlik vasitələrinin hücumların sürətinə uyğunlaşmasına və məktəblərin təhlükəsiz şəkildə qorunması üçün hücum edənlərin önünə keçməsinə imkan verir.