Cənubi Koreya Milli Assambleyası istifadəçilərin yalnız tətbiqin ödəniş sistemlərindən istifadə etməyi tələb edən qaydanı ləğv edəcək.


Facemark xarici mediaya istinadən bildirir ki, yeni qanun layihəsi ölkə prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək. Yeni tələbləri pozan şirkətlər gəlir məbləğinin 3%-ni cərimə ödəyəcək.


Qanun layihəsi həmçinin tətbiq mağazası sahiblərinin proqramların təsdiqini əsassız olaraq gecikdirməsini və ya onlayn platformadan silinməsini də qadağan edir.


“Google” və “Apple” nümayəndələri bu dəyişikliklərin şirkətlərin işinə mənfi təsir edəcəyini hesab edirlər.


İT nəhəngləri kənar ödəniş sistemlərindən istifadə edənlərin fırıldaqçıların və xakerlərin qurbanı ola biləcəyini də vurğulayıb.