bazar günü, 26 sentyabr 2021

Türkiyədə inflyasiya səviyyəsi yüksəlib

248

Türkiyədə avqust ayında illik inflyasiya istehlak qiymətləri üzrə 19,25%, istehsal qiymətləri üzrə isə 45,52% təşkil edib.

Facemark Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, istehlak qiymətləri indeksi avqustda aylıq ifadədə 1,12%, istehsal qiymətləri indeksi isə 2,77% artıb.

İstehlak qiymətləri indeksində illik ifadədə ən az artım alkoqollu içkilər və tütün məmulatlarında (1,79 %) olub. Sonrakı sırada isə kommunikasiya xidmətləri (4,79%), geyim və ayaqqabı (7,47%), təhsil haqları (10,75%) gəlir. Ən yüksək artım isə qida və alkoqolsuz içkilərdə (29%) müşahidə olunub. Sonrakı sırada isə ev əşyaları (22,91%) nəqliyyat xidmətləri (21,76%) yer alıb.

İstehlak qiymətləri indeksində aylıq ifadədə azalma göstərən sahələr geyim və ayaqqabı (3,08%) və nəqliyyat xidmətləri (0,77%) olub, alkoqollu içkilər və tütün məmulatları (0,18%), səhiyyə (0,31%) və təhsil (0,58%) haqları üzrə ən az artım qeydə alınıb. Ən yüksək artım isə ardıcıl olaraq qida və alkoqolsuz içkilər (3,18%), restoran və otel sahəsində (2,27%) və ev əşyaları (1,38%) üzrə yaşanıb.

İstehsal qiymətləri indeksində illik ifadədə ən az artım geyim əşyaları (10,77%), dəri və əlaqədar məhsullar (12,73%) üzrə olub. Ən yüksək artım isə əsas metallar (100%-dən çox), koks və təmizlənmiş neft məhsulları (92,19%), xam neft və təbii qaz (82,69%) üzrə nəzərə çarpıb.

İstehsal qiymətləri indeksində aylıq olaraq koks və təmizlənmiş neft məhsulları (3,11%), əsas əczaçılıq məhsulları və preparatları üzrə (0,14%) azalma qeydə alınıb. Ən yüksək artım isə elektrik, qaz və buxar istehsalı (19,53%), ağac və mantar istehsalı (mebel məhsulları istisna olmaqla) (6,61%) və metal filizləri (5,54%) üzrə müşahidə edilib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik